Həzrəti Ayətulahil-ül- üzma Safi Gülpayqani Ayətullah üzma seyyid Əbulhəsən İsfəhaninin konfransı üzvləri ilə görüşdə: Mərcəiyyər şiənin hövuyyətidir.

Bu görüşdə Həzrəti Ayətullah Saafi İslam dininin elm və biliyi öyrənilməsinə olan təkidini vurğuladılar. “İnsanın bütün dəyəri və heysiyyatı elm və bilik meydanında kəsb etdiyi məqamlara görədir. Rəvayətlərə görə hər insanın dəyəri onun kəsb etdiyi elm və bilik miqdarındadır.
Həzrəti Ayətullah Saafi elmin bütün camaat arasında müxtəlif mərtəbələrdə olduğunu qeyd edərək, elmləri ayırmağa başladılar. O əlavə etdi: Bütün elmlər arasında o elm bəsirət, bilik və mərifətə malikdir ki, bəşərin kamal və səadətini və bəşəriyyətin sülhünü insanlara töhfə etsin.
Həzrəti Ayətullah Saafi İlahi Əxlaqa malik olun deyə, buyurdular: Tanrının əsas və böyük sifətlərindən biri elm və qüdrət sifətləridir. Bütün digər sifətlər bu iki sifətə qayıdır. Məhz buna görə bu iki sifəti İnsan gərək özündə əks etdirə.
Həzrəti Ayətullah Saafi İslam ictimaiyyətində elm və qüdrət kəsb etməyi əsas götürərək buyurdular: Elm və qüdrət Tanrıya innacla qovuşanda və məsuliyyət hissi ilə birgə olanda yüksəlişə və tərəqqiyə tərəf aparır.
Həzrəti Ayətullah Saafi bütün şiələri Həzrəti Məhdi (ə.c) in övladları adlandıraraq buyurdular: Siz tələbələr diqqətli olmalısınız və bu böyük iftixarın adına layıq işlər ardınca getməlisiniz.
Həzrəti Ayətullah Saafi buyurdular: Dostlarınızı da özünüzlə birgə edin. Onları da örpək və iffətli olmağa çağırın. Çünki rəvayətlərdə gəlibdir: Əgər bir nəfər sizin əlinizlə hidayət olsa, günəşin düşdüyü hər şeydən yaxşıdır.