Həzrəti Ayətulahil-ül- üzma Safi Gülpayqani Hövzənin ruhanilərindən bir qurup ilə görüşdə:Hazır ki əsrdə ən yüksək ibadət İslam maarifin təbliğ etməkdir.
Həzrəti Ayətullah Safi Golpayqani İslamda Quranın əhəmiyyətini və mövqeyini vurğulayaraq, buyurdular: İslam cəmiyyətinin mahiyyəti Quran və İtrətlə əlaqəsinin ölçüsünə bağlıdır. Bizim bu rüknlərlə bağlılığımız hər qədər çox olsa, o qədər mahiyyətimiz möhkəmlənəcək.
Heç bir nemət Quran və İtrətdən üstün deyil. Biz fəxr edirik ki, Quran mənaları və məfhumları ictimaiyyətdə rəvac tapsın. Bizlər Quran hafizlərinə görə şükr etməliyik.
Quran yolunda pul xərcləmək Allah yolunda ən yaxşı infaq etməkdir.
İctimaiyyətdə nə qədər naqislik varsa, hamısı buna görədir ki, Quran ictimaiyyətdə tam şəkildə mənimsənilməyib.
Hər kəs quran muəllimliyi edirsə, bilməlidir ki, Tanrının yanında ən yaxşı seçimi seçmişdir, və ona fəxr etməlidir.
Həzrəti Ayətullah Safi Golpayqani Quranı bəşəriyyət üçün əbədi möcüzə qayamətədək sayaraq, buyurdular: Quran müqəddəs kitabdır. Bütün peyğəmbərlərin nübüvvətinin sübutudur. Hətta kafirlərdə diqqətlə Quranı oxusalar ona cəzb olacaqlar. Onun əzəməti qarşısında diz çökəcəklər.
Quran ayələri insanı dirildir və hayatdır. Əgər insan quran oxumazsa, ölmüşdür.
Bu gün əgər istəyiriksə, İmam Zaman (ə.c) bizdən razı qalsın, Quranın göstərişlərini öyrənib əməl etməliyik.
Bu görüşün sonunda qaliblər müxtəlif bəxşlərdə öz hədiyylərini Həzrəti Ayətullah Safi Golpayqaninin əlindən aldılar.