Görkəmli şiə fəqihi Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin rəsmi saytı ilə tanışlıq.

Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin rəsmi saytı 1381-ci ilin Bəhmən ayında aşağıdakı məqsədlər üçün işə başladı :

1- İslamın uca və bəşərsevər təlimləri və Əhli-Beytin dəyərli maariflərininin təbliğ və yayılması.

2- Müsəlman bacı və qardaşlar üçün İslam və şiə xəbərləri və etiqadi, fiqhi suallara cavab vermək məqsədi ilə beynəlxalq interinet şəbəkəsində münasib mənbəyin olması.

3- Bütün dünya şiələri ilə ikitərəfli, sıx elmi və mənəvi əlaqə saxlamaq.

4- Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi cənablarının elmi və əməli üslublarını tanıtdırmaq. Həmçinin yüzdən artıq dəyərli əsərin və fiqhi hökm və fətvaların saytda göstərilməsi.

5- Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi cənablarının İslam dünyası barəsində nəzər nöqtələri və baxışlarıni diqqət mərkəzinə çatdırmaq.

Sayt bir baxışda :

Bu sayt əsas üç hissədən ibarətdir :

1-   Dini maariflər

2-   Dini dialoqlar

3-   Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin həyatı, fikirləri, düşüncələri və elmi və əməli üslubları ilə tanışlıq.

   Dini maariflər :

Bu hissə oxucuların müxtəsər və tez İslam maarifi ilə tanışlığı məqsədi daşıyır. Saytın bu bəxşində aşağıdakı mövzular barəsində ümumi məlumatlar əldə edə bilərsiniz :

  • İslam və Peyğəmbər.

  • Quran.

  • Əqaid : oxucu bu bəxşdə aşağıdakı kiçik ünvanlarla tanış ola bilər :

Allahtanıma, Peyğəmbərtanıma, Məadtanıma, İmamtanıma və sair.

  • Nəhcül-bəlağə : Bu hissədə İmam Əli (ə)-ın qısa kəlamları “Nəhcül-bəlağədən 40 həyat təcrübəsi” adı ilə oxucuların ixtiyarında qoyulur.

  • Əhlibeyt (ə) : Bu qismətdə On dörd məsumun həyatını müxtəsər şəkildə, ayrıca on dörd fəsldə verilir.

  • İmamət və Məhdəviyyət : Bu fəsl Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safinin İmamət və məhdəviyyət mövzusunda əsaslı və mühüm 14 əsəri verilir. Kitabların adları aşağıdakılardan ibarətdir: İmamət sistemində Tövhid təcəllası, İmamşünaslıq barəsində, İmamlıq və Rəhbərlik sistemi, Nüdbə duasında vilayət ziyası, Kainatın İmam Zaman (ə.c) -ə bağlılığı, Hüriyyət inancları, İlahi Höccəti tanıma, Əmn-Amanlıq Müjdəsi, On suala cavab.

Dini dialoqlar :

Tarix boyu dindar möminlər öz dini inanclarını axtararaq seşmiçlər. Bu çox ağıllı və düzgün seçimdir. Müqəddəs Quranda bu ruhiyyədə olmağa möminləri dəvət edir:

«فسئلوا اهل الذکر إن کنتم لا تعلمون»

Etiqadi suallar

Bu qismətdə bir sıra etiqadi suallar Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin cavabları ilə verilir. Bu qismətdə Din maarifi kitabından seçmələr də vardır.

Şəri suallar

Bu hissədə Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin idarəsinə göndərilən şəri suallar cavabları ilə istifadə edənin ixtiyarına verilir.

Cavanların məktubları

Bu bəxşdə cavanların səmimi məktublarından parçalar və Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin tərbiyətləndirici, əxlaqi və irfani məktubları və cavablarıdır.

   Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqani ilə tanışlıq:

Saytın bu qismətində Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin 100 dən artıq elmi əsərləri, dərsləri və bəzi baxışları ilə tanış ola bilərsiniz.

Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin risaləsi və həcc əməlləri hökmlərini bu hissədə görə bilərsiniz.

Bu hissədə faydalı, dəyərli və əhəmiyyətli məsələlərdən ən əsası Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin elmi əsərləri və 65 cilddən artıq kitabınin bu səhifələrdə olmasıdır.

Hal-hazırda isə digər kitabların daha tez şəkildə sayta yerləşdirilməsi hazırlanır.