Həyatı
Həzrəti Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin həyatı
Həzrəti Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqani fəqih, islamşünas və çağdaş dövrün böyük mütəfəkkiridir.
Valideynləri : Onun Atası alim, arif mərhum ayətullah axund molla Məhəmməd Cavad Safi (1287-1378, hicri qəməri) idi.
Onun atası dini mütəxəssis, tədqiqatçı, müəllif və müəllimlikdən əlavə İslam elmlərinin müxtəlif sahələrində: fiqh, üsul, kəlam, əxlaq, hədis və.s.. sahələrdə və bunlarla yanaşı şer yazmaqda və xəttatlıqda da məşhur idi.
Onun anası əhli-beyt aşiqi, şairə hörmətli Fatimə xanım, həzrəti Ayətullah axund molla Məhəmməd Əlinin qızıdır.
Təhsilatı : Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqani yeni-yetmə vaxtlarından elm və mənəviyyat vadisinə qədəm qoyaraq, ibtidayi təhsilini Qolpayqanda, ərəb ədəbiyyatının əsas kitablarını “Qütb” adı ilə məşhur olan mərhum axund molla Əbülqasimin yanında başladı. Ərəb ədəbiyyatının davamını, kəlam, təfsir, hədis, fiqh və üsul elmlərini xaric dərslərinə qədər orada davam etdirdi. Əlbəttə bu müddətdə qeyd olunan elmlərin mühüm kitablarını atası Həzrəti Ayətullah axund molla Cavad Safinın yanında da öyrənirdi. 1981-ci ildə Qolpayqan şəhərini Qumda təhsilini davam etdirmək məqsədi ilə tərk edir. Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi bir neçə il sonra isə Nəcəf Əşrəfə yollanır. Orada da böyük müçtehidlərin xidmətində olaraq, onların elm və təqvasından bəhrələndi.
Onun fitri və fövqəladə istedadı, təhsildə çalışqanlığı, ciddiyyəti və zəkası səbəb olmuşdu Qum və Nəcəf ustadlarının məxsus məhəbbətini özünə cəlb etsin. Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi yenidən Quma qayıdaraq 15 il dən artıq Həzrəti Ayətullah –ul-üzma Brucerdinin fiqh, əxlaq və irfan dərslərində iştirak etdi.
Həzrəti Ayətullah –ul-üzma Brucerdi də şiə kəlamının və fiqhinin həssas və mühüm suallarına cavab verməyi və həmçinin Məhdəviyyət barəsində “ Müntəxəbül Əsər ” adı ilə məşhur olan qiymətli kitabın yazılmasını da, Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safiyə tapşırdı. Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safinin ustadları :
1-Qumda mühüm ustadlarından, mərcəi təqlidlər : Seyyid Məhəmməd təqi xansari, Höccət, Sədr, Brucerdi;
2-Nəcəf Əşrəfdə isə şeyx Məhəmməd Kazim Şirazi, seyyid Camaləddin Qolpayqani və şeyx Məhəmməd Əli Kaziminin adlarını çəkmək olar.
Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin xüsusiyyətləri :
Təqva, ixlas, zöhd, qənaət, təvəkkül, geniş ürəkli olmaq, qətiyyət, əmr be məruf və nəhy əz münkər Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safinin mühüm əxlaqi və ruhi xüsusiyyətlərindəndir. Onun vücudu əhli beyt eşqinin sahilsiz dənizi kimidir. Tədqiq, hövzənin yuxarı səth dərslərini tədris etmək və müxtəlif İslam elmləri zəminində geniş araşdırmaları Ayətullah-ul-üzma Hacı şeyx Lütfüllah Safinin elmi fəaaliyyətlərindəndir. O fiqh, üsul, kəlam, hədis, rical, dirayə, və s... sahələrdə 100 dən artıq dəyərli tədqiqat araşdırmaları nəticəsində fars və ərəb dilində kitablar yazmışdır. Əlbəttə onlardan bəzisi digər müxtəlif dillərə də tərcümə olunmuşdur. Yüksək elmi mövqeiyyətlərdə olmaqlıq, Qum elmi hövzəsində Ayətullah-ul-üzma Hacı şeyx Lütfüllah Safini, seyyid Cəmaləddin haşimi Qolpayqani, Brucerdi, İmam Xumeyni, Həzrəti Ayətullah-ul-üzma Qolpayqani və bu kimi şəxsiyyətlərin sırasında yer tutmağa imkan verdi.
Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Ayətullah-ul-üzma Hacı şeyx Brucerdi tərəfindən uzun illər Qum elmi hövzəsinin ali səth və xaric dərsləri oxuyan şəxslərin imtahan məsuliyyətini daşıyırdı. Ayətullah-ul-üzma Hacı şeyx Lütfüllah Safi ədəbiyyat, İslam və İran tarixi sahələrində geniş mütaliələr etmişdir. Həmçinin şer yazmaqda da spesifik məharətə malikdir. Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Həzrəti Ayətullah-ul-üzma Qolpayqaninin vəfatından sonra hövzənin yüksək məqamlı şəxsiyyətləri və xalqın xahişi və təkidi ilə Mərcəiyyət məqamını qəbul etdi. Hal-hazırda isə təqlid olunası müçtehidlərdən biri və Qum elmi hövzəsinin əsas elmi sutunlarından hesab olunur.